Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qadın hərbçilərin sayı 2023-cü ildə 9% artıb.
Sitat.info xəbər verir ki, bunu Xidmətin direktoru Armen Abazyan parlamentdə Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında deyib.
O bildirib ki, 2022-ci illə müqayisədə MTX sərhəd qoşunlarında qadın əsgərlərin sayı təxminən 9%, 2021-ci illə müqayisədə isə təxminən 20% artıb.