Yenidən qurulan parklanmada tariflər müəyyənləşdi

14:17 26 Mart 2024

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

Sitat.info xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.

Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri aşağıdakı kimidir :

15-30 dəqiqə - 1 manat,

30-60 dəqiqə - 2 manat,

1-2 saat - 4 manat,

2-3 saat - 6 manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.



Xəbər xətti