İranın Xuzistan əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Məscidi-Süleyman şəhərindən 82 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.