Ukrayna Dünya Bankından 1,5 milyard dollar alacaq

10:34 27 Mart 2024

Ukrayna Dünya Bankının proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq.

Sitat.info-nun məlumatına görə, bu barədə ölkənin baş naziri Denis Şmıqal deyib.

"Dünya Bankının Direktorlar Şurası inkişaf siyasəti borcu çərçivəsində Ukraynaya 1,5 milyard dollar ayrılması barədə qərarı təsdiqləyib. Bunun 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan gələcək", - deyə D.Şmiqal öz "Telegram" kanalında yazıb. Baş nazir Ukraynanın martın sonuna qədər vəsaitin alacağına ümid etdiyini bildirib.

Ukrayna 2024-cü il üçün 43,9 milyard dollarlıq rekord büdcə kəsirini planlaşdırır. Ölkə hakimiyyəti bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəyəcəyini gözləyir.



Xəbər xətti