Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.
"Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq", - Edi Rama qeyd edib.