63 mindən çox miqrant həyatını itirib - BMT

12:40 27 Mart 2024

BMT-nin Miqrasiya Agentliyi son on il ərzində 63 mindən çox miqrant ölümünü qeydiyyata alıb. Əvvəlki illərlə müqayisədə, ən çox ölüm halı 2023-cü ildə baş verib.

Sitat.info BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, 28 min 854 miqrant Aralıq dənizində həlak olub.

Onların əsas hissəsi Əfqanıstan, Myanma, Suriya və Efiopiya vətəndaşlarıdır. Ölüm hallarının təxminən 60 faizi suda boğulma ilə bağlıdır.

“Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi” adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi bildirilib.

Hesabatda, həmçinin, itkin düşənlərin ölənlər siyahısına daxil edildiyi və onların da sayının artdığı vurğulanır. Məlumata görə, siyahıda yer alanların üçdə ikisindən çoxu itkin düşənlərdir.



Xəbər xətti