Xocalıya ilk köç bu tarixdə olacaq

13:28 27 Mart 2024

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.

Sitat.info xəbər verir ki, bunu Report-a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:

“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.



Xəbər xətti