Jitomirdə binanın həyətində bir nəfər güllələndi- FOTO

15:00 27 Mart 2024

Bu gün səhər saatlarında Jitomirdə hündürmərtəbəli binalardan birinin həyətində atışma baş verib, nəticədə bir nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Jitomir vilayəti polisinin məlumatına görə, atəş səsləri və bir nəfərin xəsarət alması barədə məlumat hüquq-mühafizə orqanlarına saat 08:15 radələrində daxil olub.

Hadisə yerinə gələn polis avtomobilin içərisində 43 yaşlı Jitomir sakininin güllə yarası aldığını aşkar edib. O, xəstəxanaya yerləşdirilib.

Hhüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə iştirak edən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görür.

Səid,

Sitat.info



Xəbər xətti