"Krokus siti hall"-da baş verən terror aktında yaralanan bir nəfər tibb müəssisəsində dünyasını dəyişib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.
"Krokus siti hall"-da 80 qurban, o cümlədən 6 uşaq federal tibb mərkəzlərində, Moskva və Moskva vilayətində xəstəxanalardadır. Təəssüf ki, əvvəllər son dərəcə ağır olan qurbanlardan biri dünyasını dəyişdi"
Muraşko əlavə edib ki, 4 xəstənin vəziyyəti ağır olaraq qalır, daha 19 nəfər, o cümlədən 3 uşaq orta ağırdır: "Əməliyyat məlumatlarına görə, 205 zərərçəkmişə ambulator yardım göstərilib. 76 zərərçəkmiş həkim nəzarəti altında artıq xəstəxanalardan evə buraxılıb. Daha 23 zərərçəkənin isə stasionar müalicəsi başa çatıb və evə buraxılmağa hazırlaşır. Ümulikdə, ölənlərin sayı 140 nəfərdir".
Məğrur,
Sitat.info