Rusiyada martın 22-də "Krokus siti hall"da baş verən terror aktından sonra təhlükəsizlik qüvvələri miqrantlara qarşı reydlər təşkil edir.
Sitat.info xəbər verir ki, Moskva yaxınlığındakı Elektrostal qəsəbəsində "Wildberries" anbarında müvafiq reyd keçirilir. O cümlədən, kişilərin hərbi bileti və digər sənədləri yoxlanılır.
"Wildberries" anbarında çalışanlar bildirib ki, müqavimət göstərənlər döyülürlər: "Onlar kimin hərbi qeydiyyatında olduğunu və kimin yayındığını yoxlayırlar. Kim yayınırsa, icazəsiz aparırlar. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərənləri dəyənəklə döyürlər"
"Astra" sözügedən anbarın yaxınlığındakı vəziyyəti əks etdirən fotolar yayımlayıb. Hadisə şahidlərinin sözlərinə görə, artıq onlarla insan saxlanılıb.
Türkan,
Sitat.info