İsrailin keçmiş Baş Qərargah rəisi Netanyahunu günahlandırıb

16:37 27 Mart 2024

İsrailin keçmiş Baş Qərargah rəisi Dan Halutz bildirib ki, oktyabrın 7-də Qəzzadan edilən hücumlardan sonra baş nazir Benyamin Netanyahu məsuliyyəti öz üzərinə götürməkdən yayınıb və ölkəni pisdən daha da pisə doğru aparıb.

Sitat.info xəbər verir ki, Halutz Kanal 13-də iştirak etdiyi televiziya proqramında baş nazir Netanyahunu sərt ifadələrlə tənqid edib.

Netanyahunun 2023-cü il oktyabrın 7-də Qəzza zolağından həyata keçirilən hücumlara görə məsuliyyəti öz üzərinə götürməkdən imtina etdiyinə işarə edən Halutz deyib: "Netanyahu məsuliyyət daşıyır. Netanyahu məsuliyyəti üzərinə götürmək istəmir. Onun təqvimində 7 oktyabr yoxdur. 6 oktyabr var və oktyabrın 8-də müharibəyə başlayıb. O döyüşmür ki, bizi pisdən daha da pisə aparır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti