Bakıda "Kamaz"la minik avtomobili toqquşdu - VİDEO

18:40 27 Mart 2024

Paytaxt Bakıda  "Kamaz"la minik avtomobili toqquşub

Sitat.info xəbər verir ki, hadisə Balaxanı-Digah yolunda baş verib.

Baş verən qəzanın görüntüsünü sürücülər sitat.info-ya göndəriblər.

Bildiriblər ki, "Kamaz" markalı avtomobillə "Toyota Corola" markalı minik avtomobili bir-birilərinə çırpılıb.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmadığını bildiriblər.

Qəzanın necə baş verdiyi barədə məlumat verməyiblər.

Nicat,
Sitat.info

 




Xəbər xətti