Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

09:50 28 Mart 2024

İndidən tədbir görülməsə Niderland yaxın illərdə qaz çatışmazlığı ilə üzləşə bilər.

Sitat.info xəbər verir ki, bunu ölkənin qaz şəbəkəsini idarə edən “Gasunie Transport Services” (GTS) şirkəti bildirib.

Şirkətin proqnozuna görə, gələn il qış sərt keçərsə yazadək anbarlar kritik həddə boşala bilər. Bu təqdirdə boşalmış anbarları yayda tam doldurmaq mümkün olmayacaq. Növbəti qış vəziyyət daha da çətinləşəcək.

Şirkət fövqəladə halın yaranmaması üçün hökumətə təkliflər verib.



Xəbər xətti