Rusiyanın terakt barədə məlumatı var idi - Budanov

10:37 28 Mart 2024

Rusiya “Crocus City Hall”dakı terakt barədə öncədən xəbərdar idi.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov deyib.

“Ən azı 15 fevralda Rusiya hazırlıq barədə məlumatlı idi. Sizə daha ətaflı deyim... Bu informasiya Suriyadakı qrupun kəşfiyyat şöbəsindən keçib. Oradan da Moskvaya gedib. Ona görə də hadisənin birdən-birə baş verməsi ilə bağlı nağıl danışmasınlar”, - deyə Budanov qeyd edib.

Onun sözlərinə görə, Rusiya terrorçuların haradan gələcəyini, hansı iki ölkənin ərazisində yerləşəcəyini öncədən bilirdi.



Xəbər xətti