İsrail İordan çayının qərb sahilində 50 min hektar ərazini ələ keçirib

20:57 28 Mart 2024

İsrail rəhbərliyi 2023-cü ildə işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus 50 min hektardan çox ərazini ələ keçirib.

Sitat.info xəbər verir ki, Fələstin Mərkəzi Statistika İnstitutunun hazırladığı hesabata görə, 2023-cü ildə işğal altındakı İordan çayının qərb sahilində İsrail tərəfindən ələ keçirilən Fələstin torpaqları bir əvvəlki ilə nisbətən iki dəfə artıb.

İordan çayının qərb sahilində 2022-ci ildə 26 min dekar, 2023-cü ildə isə 50 min 526 hektar ərazi İsrail tərəfindən zəbt edilib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti