İsrail oktyabrın 7-dən bəri 212 məktəbi vurub

21:02 28 Mart 2024

Birləşmiş Millətlər Təşkilatı (BMT) və bir sıra qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda İsrailin 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzada 212 məktəbi vurduğu, onlardan 53-nün tamamilə dağıdıldığı bildirilib.

Sitat.info xəbər verir ki, BMT Uşaq Fondu (UNICEF) və bir sıra təşkilatlar Qəzzadan əldə etdikləri peyk görüntüləri əsasında hesabat hazırlayıblar.

İsrailin məktəb obyektlərini hədəfə almasının Qəzzada onsuz da çox pis olan humanitar vəziyyəti daha da pisləşdirdiyi bildirilən hesabatda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəblərinin 57 faizinin İsrail tərəfindən vurulduğu qeyd edilib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti