İsrailin Qəzzaya hücumu nəticəsində 13 fələstinli həlak olub

09:43 29 Mart 2024

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 13 fələstinli həyatını itirib, əksəriyyəti uşaq və qadınlardan ibarət onlarla insan yaralanıb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Muammar ailəsinə məxsus evi bombalaması nəticəsində 12 nəfər ölüb, çox sayda insan yaralanıb.

Hücumdan sonra çökən binada yerli sakinlər və mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir.

Kənan Yusif

Sitat.info



Xəbər xətti