HRW: Vaqner Mali ordusu ilə mülki insanları öldürür

09:45 29 Mart 2024

İnsan Haqlarına  Nəzarət Təşkilatı (HRW) iddia edib ki, Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner” 2023-cü ilin dekabrından etibarən Mali ordusu ilə mülki şəxsləri hədəf alıb.

Sitat.info xəbər verir ki, HRW-nin dərc etdiyi "Mali ordusu və Vaqner Qrupu tərəfindən mülki şəxslərə qarşı vəhşiliklər” başlıqlı hesabatda Vaqnerin Malidə mülki insanları hədəf aldığı qeyd edilib.

Hesabatda 2023-cü ilin dekabr ayından etibarən Rusiyanın “Vaqner” təhlükəsizlik şirkəti və Mali ordusunun ölkənin mərkəzi və şimal bölgələrində uşaqlar da daxil olmaqla çox sayda mülki şəxsin ölümünə səbəb olduğu bildirilib.

Kənan Yusif

Sitat.info 



Xəbər xətti