İsrail Hələb hava limanına hücum edib

09:49 29 Mart 2024

İsrail Suriyanın şimal-qərbindəki Hələb vilayətində hava limanına və müdafiə zavodlarına hava zərbəsi endirib. Hücum zamanı çoxlu insan həyatını itirib.

Sitat.info xəbər verir ki, İsrail döyüş təyyarələri Səfirə rayonunda beynəlxalq hava limanı və müdafiə fabriklərini hədəfə alıb.

Bəşər Əsəd rejimi ordusunun hava hücumundan müdafiə sistemləri düşmənin raket zərbələrinə qarşılıq verib. 

Seymur Bennayev

Sitat.info



Xəbər xətti