Tehranda yaşayan 20 yaşlı azərbaycanlı qız Sara Təbrizi İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) çağırıldıqdan sonra şübhəli şəkildə həyatını itirib.
Sitat.info xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri gənc qızın ailəsinə istinadən məlumat yayıblar.
Yayılan məlumatlarda Təbrizinin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində ağır psixi işgəncələrə məruz qaldığı və təhdid edildiyi bildirilib.
Ölkənin daxilində və xaricindəki insan haqları müdafiəçiləri, təşkilatları və siyasi-mədəni fəallar Sara Təbrizinin İran hökuməti tərəfindən öldürülməsi ilə bağlı 44 min paylaşım ediblər.
Qeyd edək ki, Sara Təbrizi 2023-cü il noyabrın 16-da İngiltərəyə səfər etmək istədiyi vaxt İmam Xomeyni hava limanında həbs edilib, təhlükəsizlik təcridxanasına köçürülmüşdü.
10 gün dindirildikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti sərbəst buraxılan Sara Təbrizi martın 24-də nazirliyə çağırılıb. Martın 25-də isə yaşadığı ata evində meyiti tapılıb.