Qəzzada ölənlərin sayı 32 min 623-ə yüksəlib

13:26 29 Mart 2024

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 32 min 623 nəfərə yüksəlib.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 175 gündür hücumları ilə bağlı məlumat verib.

Kudra son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 71 fələstinlinin həyatını itirdiyini, 112 fələstinlinin isə yaralandığını bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 32 min 623-ə yüksəldiyini bildirən Kudra, yaralıların sayının 75 min 92-yə çatdığını qeyd edib.

Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin mane olması səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Səid,

Sitat.info



Xəbər xətti