“Krokus” terrorunun daha bir qurbanı xəstəxanada dünyasını dəyişib

16:18 29 Mart 2024

 
"Krocus siti hall"da baş verən terror aktından sonra vəziyyəti son dərəcə ağır olan xəstə xəstəxanada dünyasını dəyişib.Onun Belarus vətəndaşı olduğu bildirilir.

Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

"Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir xəstə xəstəxanada dünyasını dəyişdi. Həkimlər onun həyatı üçün mübarizə apardılar və mümkün olan hər şeyi etdilər. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - Muraşko bildirib.

 Belarusun Rusiya Federasiyasındakı səfirliyi də belarus vətəndaşının terror aktı nəticəsində öldüyü barədə məlumat yayıb. Bildiriblər ki, çoxsaylı güllə yaraları alan 1981-ci il təvəllüdlü kişidir.

Ayna,

Sitat.info



Xəbər xətti