Rusiya X-59 raketləri ilə Odessaya hücum etdi: uşaqlar yaralandı

18:39 29 Mart 2024

Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin məlumatına görə, rus qoşunları qoşunlar cənub bölgələrində raket terrorunu davam etdirir.  

 Sitat.info xəbər xarici mediaya istinadən xəbər verir ki, günorta saatlarında Rusiya Federasiyası Qara dənizdən iki ədəd X-59 idarə olunan raketi ilə Odessa vilayətinə hücum edib, yaralananlar var.

"Xoşbəxtlikdən hər iki hədəf Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Şəhərin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Bir neçə uşaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Ehtiyatlı olun, təhlükəli əşyalar tapsanız, onları özünüz yerindən tərpətməyə çalışmayın. Təcili yardım çağırın, onlar sizə peşəkarcasına köməklik göstərəcəklər" deyə bildirilir.

 Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, yaralananlar 10 və 15 yaşlı uşaqlardır.

Türkan,

Sitat.info

 



Xəbər xətti