İsrailin müdafiə naziri: Hizbullaha qarşı hücumları artıracağıq

20:31 29 Mart 2024

İsrailin müdafiə naziri Yoav Qalant Hizbullaha qarşı hücumlarını artıracaqlarını bildirib.

Sitat.info xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

"İsrailin Hizbullaha qarşı "müdafiə mövqeyi" hücuma çevriləcək. Həmçinin Beyrutda, Şamda və başqa yerlərdə də əməliyyatlara başlanılacaq", - Qalant deyib.

Müdafiə naziri, Livanda dəyən ziyan və öldürülən insanlara görə hərəkatın baş katibi Həsən Nəsrullahın məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Türkan

Sitat.info



Xəbər xətti