Ukraynanın maliyyə naziri Sergey Marçenko və ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink dövlət borcunun ödənilməsinin təxirə salınmasına dair ikitərəfli saziş imzalayıblar.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Bu sazişin imzalanması dövlət büdcəsinin borc yükünün azaldılması, sosial və humanitar sahələrin ehtiyaclarının ödənilməsinə kömək olacaq ", - nazirlikdən bildirilib.
Müddətin 2027-ci ilə qədər uzadılması gözlənilir.
Qeyd edək ki, Ukrayna Maliyyə Nazirliyi borcun 143,7 milyard dollar təşkil etdiyini açıqlamışdı.
Türkan
Sitat.info