ABŞ və İsrail arasında danışıqlar bu tarixdə keçiriləcək

12:43 30 Mart 2024

ABŞ və İsrail arasında Qəzza zolağındakı Rəfah şəhəri ilə bağlı danışıqların aprelin 1-də keçiriləcəyi gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə "CNN" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl danışıqlar martın 25-nə planlaşdırılmışdı. Lakin ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında təcili atəşkəsə çağıran qətnaməsinə veto qoymadıqdan sonra İsrailin baş naziri Benyamin Netanyahu danışıqları təxirə salmışdı.

Xatırladaq ki, bu yaxınlarda İsrailin müdafiə naziri Yoav Qallant İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşdığı barədə məlumat verib.

Onun sözlərinə görə, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır.

Qeyd edək ki, Rafah şəhəri Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir. Oktyabrın 7-də İsrail-HƏMAS münaqişəsi başlayandan Qəzza zolağının digər bölgələrindən əhalinin axın etməsi ilə şəhərin əhalisinin sayı 10 dəfədən çox artıb.



Xəbər xətti