Hindistan donanması Ərəbistan dənizində dəniz quldurlarının ələ keçirdiyi İran gəmisini xilas edib.
Sitat.info xəbər verir ki, bu barədə "The Hindu News" qəzeti məlumat yayıb.
Bildirilib ki, Hindistan hərbi dəniz donanmasının "Trishul" və "Sumedha" freqatları Somali sahillərində dəniz quldurlarını tərksilah edərək, İranın "Əl Qəmbər" gəmisini xilas ediblər.
Qeyd olunub ki, operativ-taktiki tədbirlər tətbiq etməklə 12 saatdan çox davam edən əməliyyat nəticəsində dəniz quldurları təslim olmaq məcburiyyətində qalıb. Gəminin 23 Pakistan vətəndaşından ibarət ekipajı müvəffəqiyyətlə xilas edilib.