Bakı məktəbində şagirdlər arasında insident

13:42 1 Aprel 2024

Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:

“Faktla bağlı araşdırma aparılır”.



Xəbər xətti