İrəvan Bakıya qarşı Rusiyanı şantaj edir - Bezpalko

17:15 1 Aprel 2024

Ermənistan Azərbaycana qarşı üstünlüklərə nail olmaq üçün Rusiyanı şantaj etməyə çalışır. Üstünlüklər yəqin ki, pul xarakteri daşıyır və hərəkətlər açıq-aydın Azərbaycana qarşı yönəlib.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib.

Onun sözlərinə görə, Moskva ölkəyə maliyyə yardımı göstərməklə şantajlara tab gətirsə belə, İrəvan öz istəklərindən əl çəkməyəcək:

“Ermənistan hakimiyyətinin hərəkətləri və bəyanatları kritik kütlə qazana və fəaliyyət müstəvisinə keçə bilər – Ermənistan rəsmən KTMT-dən çıxa və NATO ilə yeni tərəfdaşlıq proqramlarına daxil ola bilər. Ermənistandakı liderlərin özləri də bu şantajın uğuruna inanmırlar. Çox güman ki, bu qərarlar sadəcə olaraq müəyyən müddətə təxirə salına bilər”, - politoloq bildirib

//Axar.az



Xəbər xətti