2023-2024-cü illərdə ən yüksək temperaturlu qışını yaşayan Yunanıstanda martın son 4 günündə temperatur rekordu qırılıb.
Sitat.info xəbər verir ki, Yunanıstan Meteorologiya İdarəsinin məlumatına görə, martın 28-31-də ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normalarından yüksək olub.
Mart ayında indiyə qədər qeydə alınan ən yüksək temperaturu nəzərə alsaq, temperatur rekord həddə çataraq 30 dərəcəyə yaxınlaşıb.
Ən yüksək temperatur martın 31-də Livadiya şəhərində 29,8 dərəcə olub.
Kənan Yusif
Sitat.info