Hindistanın Qərbi Benqal əyalətində şiddətli tufan və tornado baş verib. Təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 100 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin Jalpaiquri bölgəsində güclü tufan və tornado ilə yanaşı dolu yağıb.
Fırtına ən azı 800 evə ziyan vurub, ağacların və elektrik dirəklərinin uçmasına səbəb olub.
Kənan Yusif
Sitat.info