Polşada təbii qaz partlayıb: 15 nəfər yaralanıb

19:13 1 Aprel 2024

Polşanın Tıçi şəhərində təbii qazın partlaması nəticəsində 15 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Məlumata görə, mənzildə baş verən partlayış nəticəsində digər mənzillərə də ziyan dəyib. Binadan 23 nəfər təxliyə edilib.

Yaxınlıqdakı xəstəxanalara yerləşdirilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Türkan

Sitat.info



Xəbər xətti