İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqdə binaya hava zərbəsi endirib.
Sitat.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi İran səfirliyinin yaxınlığındakı villanı hədəf alıb. Bölgədə bir neçə partlayışın da baş verdiyi bildirilir.
Hücum nəticəsində 6 nəfər həlak olub .
Türkan
Sitat.info