İsrail hücumu nəticəsində daha bir jurnalist həlak olub

21:54 1 Aprel 2024

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumda “Əş-Şifa” xəstəxanasında bir jurnalist həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə Qəzzanın yerli mediası məlumat yayıb.

Məlumata görə, İsrail ordusu 14 gün davam edən hücumlar zamanı “Əş-Şifa” xəstəxanası və ətrafında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox fələstinlini isə həbs edib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan bu yana öldürülən jurnalistlərin sayı 138-ə yüksəlib.

Türkan

Sitat.info



Xəbər xətti