Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus İsrail ordusunun Qəzza şəhərində basqın etdiyi, sonra isə tamamilə dağıdıb tərk etdiyi “Əş-Şifa” xəstəxanasındakı vəziyyətə münasibət bildirib.
Sitat.info xəbər verir ki, o, bu barədə sosial şəbəkəsində yazıb.
"Xəstəxanalara hörmət edilməli və qorunmalıdır. Xəstəxanalar müharibə ərazisi kimi istifadə edilməməlidir”, - deyə Qebreisus qeyd edib.
Xatırladaq ki, İsrail ordusu 14 gün davam edən hücumlar zamanı “Əş-Şifa” xəstəxanası və ətrafında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox fələstinlini isə həbs edib.
Türkan
Sitat.info