Tanınmış yazıçının oğlu şikayətçidir: Məhkəməyə müraciət edəcəm

15:00 1 Aprel 2024

Tanınmış yazıçı, əməkdar mədəniyyət işçisi, şərqşünas Ənvər Çingizoglunun oğlu Erkin Bəyzadə atasının bədii irsinin icazəsiz istifadə edilməsindən narazıdır. 

Sitat.info xəbər verir ki, Erkin Bəyzadə müəllif hüquqlarının qorunmasına baxmayaraq bir neçə nəşriyyatın atasının bədii irsindən icazəsiz istifadə etdiyini bildirib: 

"Bir neçə kitab evi atamın min bir əziyyətlə hazırladığı kitabların onlayn versiyada və kitabxanada satışı ilə məşğuldur. Lakin bununla bağlı Ənvər Çingizoglunun ailəsinə heç bir məlumat verilməyib". 

Erkin Bəyzadə bu fəaliyyətə davam edənlərin qanun qarşısında cavab verməli olacaqlarını deyib. 

Qeyd edək ki, Ənvər Çingizoğlu 1962-ci il mayın 10-da Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Azərbaycanlı yazıçı, publisist, geneoloq, Azərbaycan Jurnalistlər birliyinin (1987), Avrasiya Yazıçılar Birliyinin (2007) və Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü (2003) olub. Ənvər Çingizoğlu 2019-cu ildə Əməkdar mədəniyyət işçisi, 2012-ci ildə "Qızıl qələm" mükafatı laureatı ilə təltif olunub.



Xəbər xətti