Qəzzada davam edən insanlıq tarixinin faciəsi ilə bağlı "narahatıq" açıqlamalarına əlavə olaraq İsraili dəstəkləməyə davam edən ABŞ rəhbərliyinin İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 döyüş təyyarəsi satmağa hazırlaşdığı bildirilir.
Sitat.info xəbər verir ki, Amerikanın CNN kanalında yayımlanan və adı açıqlanmayan Bayden administrasiyasının rəsmilərinə əsaslanan xəbərlərdə ABŞ rəhbərliyinin İsrailə yaxın zamanda yeni silah satışı edəcəyi qeyd edilib.
Xəbərdə İsrailin ilk dəfə 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden rəhbərliyi ilə Konqres arasında çoxlu görüşlərin keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib.
Kənan Yusif
Sitat.info