ŞOK İDDİA! Kremlə ciddi sarsıntı: Şoyqunu Putin zəhərləyib!

18:30 15 Aprel 2022

Rusiya əsilli İsrailli iş adamı Leonid Nevzlin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sui-qəsd nəticəsində infarkt keçirdiyini iddia edib. Nevzlin həmçinin iddia edib ki, 20 general hərbi büdcənin oğurlanması iddiası ilə həbs edilib. Əgər iddialar doğrudursa, Kremldə böyük sarsıntı yaşanır.

SİTAT.İNFO xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sağ əli və 10 il Rusiya ordusuna rəhbərlik edən Sergey Şoyqu, Ukraynadakı müharibənin ilk həftələrində əsas fiqurlardan biri olsa da,  son vaxtlar Kreml brifinqlərində görünməyib. Martın sonunda işğalın çox ləng irəliləməsi ilə əlaqədar Putin və Şoyqu arasında gərginliyin artdığına dair şübhələr var idi və ABŞ kəşfiyyatı Putinin Ukraynadakı rus itkilərinin miqyasını öyrəndiyi zaman bu ziddiyyətin daha da böyüdüyünü iddia edib.

Bununla belə, Leonid Nevzlin ehtimal edir ki, 66 yaşlı Şoyqunun “təbii səbəblərdən baş verməsi mümkün olmayan ağır infarktdan” sonra reanimasiyadadır və səbəb  Putinin öz yaxın adamı olan müdafiə nazirinə sui-qəsd cəhdi ola bilər.

Şoyqu sonuncu dəfə çərşənbə günü Putin və digər nazirlərlə Arktikada baş verən hadisələrlə bağlı videokonfransda görünüb, lakin bir kəlmə də danışmayıb. Kremlin Şoyqunun köhnə görüntülərindən istifadə etdiyinə dair fərziyyələr var.

Keçmiş media maqnatı və neft şirkətinin direktoru olan Nevzlin 2003-cü ildə Putinin Yukos neft şirkətini ələ keçirməyə qərar verməsindən sonra Kremlin hədəfinə çevrildikdə qaçmağa məcbur olan azsaylı rus iş adamlarından biridir. 2008-ci ildə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilən və ötən ay Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayan Nevzlin Moskvadakı mənbələrə istinadən belə deyib.

Nevzlin həmçinin iddia edib ki, Kreml uzun müddət baş nazirin müavini olmuş 50 yaşlı Arkadi Dvorkoviçə qarşı cinayət işi açıb. Mart ayında Dvorkoviç müharibəni tənqid edən yüksək səviyyəli Rusiya rəsmilərindən birinə çevrilərək, zorakılıqdan əziyyət çəkən Ukrayna vətəndaşlarının yanında olduğunu söylədi. 

Lakin deputatların onu satqın adlandırmasından bir neçə gün sonra o, Rusiyanın “Skolkovo” elm və texnologiya fondunun rəhbəri vəzifəsindən istefa verib. "Dvorkoviçin həmkarları və dostlarının əleyhinə ifadə verməsi gözlənilir. Təhlükəsizlik Xidmətindəki mənbələr onun istintaq qrupu ilə sövdələşmə aparmayacağı təqdirdə təcridxanaya köçürüləcəyini bildirir", - Nevzlin bildirib.

Nevzlinin Şoyquya qarşı ittihamları, onun rusiyalı mühacir dostu Mixail Xodorkovskinin yüksək profilli ruslara Kreml qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklər barədə danışmasını xahiş etməsindən sonra ortaya çıxıb. “İctimai xadimlər  sakit otura bilməzlər” deyən Xodorkovski martın sonunda “Washington Post” qəzetinə deyib: “Siz mikrofonu götürüb Putinin hərbi cinayətkar olduğunu və onun etdiklərinin cinayət olduğunu, Ukraynaya qarşı müharibənin yolverilməz olduğunu söyləməlisiniz. Bu cinayətdir. Əgər belə desəniz, Putinin sizə heç bir təsirinin olmadığını anlayacağıq”.

Nərgiz, 

SİTAT.İNFO



Xəbər xətti