Tatarıstanın Elabuqa rayonunda zavoda PUA hücumu olunub.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hücum edilən zavodda “Şahid” PUA-ları yığılırmış.
Bildirilib ki, zavoda zərbə Ukraynanın “Ukrjet” kompleksinin istehsalı olan “UJ-22 Airborne” PUA-sı ilə endirilib.
Bundan başqa, Tatarıstanın Nijnekamsk rayonundakı TANEKO zavodu da PUA-larla vurulub.
Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətindən verilən məlumata görə, hücum zamanı 6 nəfər yaralanıb.
Qeyd edək ki, Ukrayna sərhədindən Tatarıstana qədər olan məsafə 1200 km-dir. Bu, müharibə başlayandan bəri Ukraynanın Tatarıstana ilk hücumudur.