Ceyhun Bayramov konqolu həmkarı ilə görüşüb

13:22 2 Aprel 2024

Xarici işlər naziri Ceyhun Bayramovun Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüş keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini, eləcə də, COP29-a hazırlıqları müzakirə ediblər.



Xəbər xətti