Türkiyədən daha 13 ədəd MEMATT gətiriləcək

10:54 15 Aprel 2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi üçün Türkiyədən yeni texnikalar gətiriləcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.

Humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə mexaniki minatəmizləmə maşınlarının sayının artırılması istiqamətində qeyd edilib ki, ayın sonuna qədər 13 ədəd Türkiyənin istehsalı olan MEMATT maşınlarının təhvil alınması gözlənilir.



Xəbər xətti