Rusiya Hərbi Dəniz Donanmasının yeni baş komandanı admiral Aleksandr Moiseyev təyin olunub.
Sitat.info xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin bununla bağlı əmrini elan edib.
Bundan başqa, vitse-admiral Konstantin Kabantsov Şimal Donanmasının, vitse-admiral Sergey Pinçuk isə Qara dəniz Donanmasının komandanı təyin edilib.