7 humanitar yardım işçisinin öldürülməsi ilə bağlı İsraildən açıqlama

18:29 2 Aprel 2024

Qəzzada ehtiyacı olanlara humanitar yardım edən "World Central Kitchen" (WCK) şirkətinin 7 əməkdaşının öldürüldüyü hücumla bağlı araşdırma aparılacaq.

Sitat.info xəbər verir ki, bu sözləri İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari deyib.

"Beynəlxalq hüquqa tabe olan peşəkar hərbçi olaraq, bizim öz hərəkətlərimizi hərtərəfli və şəffaf şəkildə yoxlamaq öhdəliyimiz var. Ehtiyacı olanlar üçün çox işlər görmüşük və edirik. Nə baş verdiyini və necə baş verdiyini anlamaq üçün hadisəni ən yüksək səviyyədə nəzərdən keçiririk. Bu ciddi hadisəni daha ətraflı araşdırmaq üçün araşdırma aparacağıq",- o qeyd edib.

Qeyd edək ki, öldürülən işçilər ABŞ, İngiltərə, Avstraliya, Polşa, Kanada və Fələstin vətəndaşlarıdır.

Türkan

Sitat.info



Xəbər xətti