Fələstin Təhsil Nazirliyi: 6050 fələstinli şagird həlak olub

18:46 2 Aprel 2024

Fələstin Təhsil Nazirliyi İsrailin Qəzza zolağına qarşı müharibəyə başladığı 7 oktyabrdan bəri 6050 fələstinli şagirdin həyatını itirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Fələstin Təhsil Nazirliyindən verilən yazılı açıqlamada deyilir: "İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumlarının başladığı 7 oktyabrdan bu yana 6 min 50 şagird həlak olub, 10 min 219 şagird isə yaralanıb".

Açıqlamada Qəzza zolağında 5 min 994, İordan çayının qərb sahilində 56 şagirdin həyatını itirdiyi, Qəzza zolağında 9 min 890, İordan çayının qərb sahilində isə 329 şagirdin yaralandığı, 105 şagirdin isə İsrail əsgərləri tərəfindən həbs edildiyi qeyd olunub.

Kənan Yusif

Sitat.info



Xəbər xətti