Tatarıstanda strateji obyektlərə dron hücumu həyata keçirilib. Pilotsuz təyyarələr Alabuqa xüsusi iqtisadi zonasında yataqxana binasına və Nijnekamsk neft emalı zavoduna hücum edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, 2-si azyaşlı olmaqla 13 nəfər xəsarət alıb. Respublika ərazisi ilk dəfədir ki, hücuma məruz qalır.Pilotsuz təyyarələrin “NATO ölkələrinin avadanlıqları ilə təchiz edildiyi” bildirilir. Prezidentin sözçüsü Rüstəm Minnixanov qeyd edib ki, hücuma məruz qalan müəssisələrin iş prosesi pozulmayıb. Nijnekamskın meri Ramil Mullin bildirib ki, şəhərdə “heç bir dağıntı yoxdur”.
Səid,
Sitat.info