İsrail ordusu fələstinlilərə məxsus 2 evi dağıdıb

23:54 2 Aprel 2024

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli evini "lisenziyasız" olduğu səbəbilə dağıdaraq 3 nəfəri nəzarətə götürüb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail ordusu Hebronun cənubundakı Əs-Samu qəsəbəsində iki evi dağıdıb, bir fələstinlini və onun iki oğlunu həbs edib.

Yerli mənbələr İsrail ordusunun Samu qəsəbəsinin Xirbət əl-Adəsdə dağıtdığı evlərin Amal Hamed Abu Avad və Xələf Əbdüləziz Məharikə aid olduğunu bildirib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti