Martın 10-da Portuqaliyada keçirilən növbədənkənar ümumi seçkilərdə birincilik əldə edən sağçı partiyaların ittifaqı olan Demokratik Alyansın (AD) lideri və Baş nazir Luis Monteneqronun qurduğu azlıq sağçı hökuməti and içib.
Sitat.info xəbər verir ki, Sosial Demokrat Partiyasının (PSD) lideri olan Monteneqro tərəfindən açıqlanan 7-si qadın olmaqla 17 nazir prezident Marselo Rebelo de Sousa qarşısında and içərək işə başlayıb.
25 aprel 1974-cü ildə Portuqaliyada diktaturaya son qoyan Qərənfil İnqilabının 50-ci ildönümündə qurulan 24-cü hökumətdəki 17 nazirdən 13-ü PSD partiyasının üzvüdür.
Kənan Yusif
Sitat.info