SEPAH raket hücumuna hazırlaşır: İsraili vuracaq?

12:13 3 Aprel 2024

Bir sıra hərbi mənbələrin məlumatlarına əsasən, SEPAH-ın raket bazalarında hərbi hərəkətlilik və fəallıq müşahidə olunur.

Sitat.info xəbər verir ki, bu barədə SEPAH-a bağlı Teleqram kanalları və X hesabları məlumat yayıb.

Məlumatda İsrailə hücum saatının yaxınlaşdığı bildirilib.

İranın rəsmi dövlət mediası isə İsrailə qarşı təhdid bəyanatları dərc etməyə davam etsələr də, yuxarıdakı iddia ilə bağlı məlumat yaymayıblar.



Xəbər xətti