Türkiyədə hərbçiləri daşıyan avtobus servis maşını ilə toqquşub

14:58 3 Aprel 2024

Türkiyədə servis maşını hərbçiləri daşıyan avtobusla toqquşub, nəticədə 5-i hərbçi olmaqla 16 nəfər yaralanıb.

Sitat.info bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə yerinə çox sayda tibbi personal, polis və xilasetmə əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənəatbəxş olduğu qeyd olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.



Xəbər xətti