Çində güclü qasırğa: 7 ölü, 11 yaralı var

18:40 3 Aprel 2024

Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli tufanlar nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana təsir edib.

Vilayətin paytaxtı Nanchang şəhərində bir binanın damı tufan nəticəsində uçub. Şəhərdə 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.

Kənan

Sitat.info



Xəbər xətti